1 2 3 4 5 6 7
Bizim haqqımızda

Bakı şəhərində, sifarişləri qəbul edərək, istənilən gündə həmin sifarişləri təbrik məktubu ilə birlikdə dünyanın bütün ölkələrinə çatdıran “New Oasis” gül - dekorativ incəsənəti salonu fəaliyyət göstərir.

 

“New Oasis” salonu “Fleurop-Interflora” Beynəlxalq Floristlər Assosiasiyasının üzvüdür. Bu şirkət 1926-cı ildə fəaliyyətə başlayıb. Hal-hazırda “Fleurop- Interflora” partnyorlar şəbəkəsi bütün dünya üzrə 58,000 gül mağazasına malikdir.

 

Floristlərin yaradıcı yanaşması, hər bir sifarişin diqqətli şəkildə işlənilməsi və daima mükəmməlliyə doğru irəliləmə, şirkətə, güllərin çatdırılması sahəsində aparıcı mövqe tutmağ üçün yol açdı. Hər il, “Fleurop-Interflora” dünyanın bütün ölkələrinə buketlərin və kompozisiyaların çatdırılması üzrə 25 milyon sifariş yerinə yetirir.